“Ermənistanın suverenliyinin qarantı nə ruslar, nə də rusların təzyiqi ilə imzalanmış hansısa kağız parçası və ya müxtəlif ehtimal olunan müqavilələrdir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfirinin keçmiş müavini Armen Xarazyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, ruslara milli sərhədlərin qorunması və ya “sülhməramlı” mandat verilməsi təkcə Qarabağın (qondarma qurum – red.) deyil, Ermənistanın da məhvinə gətirib çıxarır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
sülhməramlı
Rusiya