Erməni ictimai xadim: “Baş verənlər Rusiya işğalçı qüvvələrinin hərəkətsizliyinin nəticəsidir”

2022/08/1659695236.jpg
Oxunub: 694     21:26     05 Avqust 2022    
“44 günlük müharibənin başa çatmasından sonra Rusiya, Ermənistan və Azərbaycanın üç liderinin anti-erməni sənədi imzalamasından sonra yaranmış vəziyyət mürəkkəbdir”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Karen Ohancanyan deyib.

O qeyd edib ki, Azərbaycan alternativ yol inşa edib və avqustun 5-də Laçın şəhərini və onun üzərindən Qarabağı Ermənistanla birləşdirən yolu nəzarətə götürməyə hazırdır.

“Rusiyanın Ukrayna müharibəsi qarşısında hazırkı zəifliyindən, karbohidrogen ehtiyatlarının Azərbaycan və Türkiyənin kommunikasiya imkanları vasitəsilə nəqlində asılılıqdan istifadə edən Bakı belə cəsarətli addım atmağa qərar verib.

Əvvəla, bütün bunlar ondan irəli gəlir ki, Ermənistanın antimilli hökuməti nə döyüşən ordu yaratmaq, nə də yeni silah növləri yaratmaq iqtidarındadır.

Qarabağda və Ermənistanda baş verənlər Rusiya işğalçı qüvvələrinin hərəkətsizliyinin nəticəsidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin