“10 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunur ki, həmin yolun marşrutu 3 il ərzində tikilməli və ya planlaşdırılmalıdır. Bundan heç iki il keçməyib. Ermənistan TŞ katibi Ermənistanla marşrut planlaşdırılması ilə bağlı müzakirələrin aparılmadığını bildirirsə, niyə onlar aylar əvvəl elan ediblər ki, alternativ marşrut var? Bu mənada iki bəyanat arasında ziddiyyət var”.
Ordu.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.
O qeyd edib ki, Bakının məqsədlərinə Qarabağdan ağır texnikanın çıxarılması da daxildir
“Düşünürəm ki, sülh sazişinin gündəliyində təzyiqlər də var. Rusiya ağır texnikanın çıxarılması məsələsində Azərbaycanla həmfikirdir. Azərbaycanla münasibətlər kifayət qədər sıxlaşıb. Azərbaycan üçün tələblər irəli sürmək və qəbul etmək daha asandır”, - deyə politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Qarabağ