Erməni siyasi xadim: “Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirə bilmirlər, ya da yerinə yetirmək istəmirlər”

2022/08/Untit-1659695135.jpg
Oxunub: 703     12:43     06 Avqust 2022    
“9 noyabr 2020-ci il tarixli elana əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçib və onlar bu dəhlizin təhlükəsizliyini təmin etməyi öhdələrinə götürüblər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Tiqran Petrosyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan Laçın şəhərini nəzarətə götürmək, yolda postlar qurmaq istəyir.

“Laçın dəhlizindən yan keçən yolun bir hissəsi hələ çəkilmədiyi üçün onların keçid məntəqəsindən keçməli olacağıq.

Bu vəziyyətdə biz hakimiyyətin tam iflic vəziyyətində olduğunu görürük.

Biz görürük ki, sülhməramlılar öz öhdəliklərini yerinə yetirməkdə ya acizdirlər, ya da istəmirlər. Sülhməramlı qüvvələrin komandanlığı ilə görüş tələb etmək, konkret suallar vermək və onların cavablarını almaq lazımdır”, - deyə Petrosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Ermənistan  


Bizi "telegram"da izləyin