“Rusiyanın Ermənistana qarşı hərəkətləri seriyalı qatilin davranışına bənzəyir” - Babacanyan

2022/05/1653720927.jpg
Oxunub: 684     17:45     05 Avqust 2022    
“Rusiyanın Ermənistana qarşı hərəkətləri seriyalı qatilin davranışına bənzəyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan “Respublika naminə” partiyasının sədri Arman Babacanyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan köməksiz qurban statusundan çıxmalıdır.

“Baş verən son hadisələr və Rusiyanın “sülhməramlı” davranışları göstərir ki, Ermənistanın dövlətçiliyini itirməsi erməni xalqının məhvinə bərabərdir.

Erməni dövlətçiliyi yoxdursa, erməni xalqı yoxdur. Bu vəziyyətdə olanlar Rusiyasız həyatın olmadığını iddia etməkdə davam edirlər. Ümumiyyətlə Ermənistansız həyat varmı?”, - deyə Babacanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin