“Texniki cəhətdən PUA-dan qorunmaq mümkün deyil, siyasi baxımdan bu, cəsarət məsələsidir” - Artsrun Hovhannisyan

2021/07/arc-1-1627635952.jpg
Oxunub: 771     15:34     05 Avqust 2022    
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 19-u yaralanıb. Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.

Ermənitan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin eksperti Artsrun Hovhannisyan bildirib ki, Rusiya sülhməramlı qoşunlarının nəzarəti altında vəziyyətin açıq-aşkar gərgin olması və Azərbaycanın erməni mövqelərini sakitcə vurduğunu göstərən videonun dərc edilməsi, ciddi narahatlıq doğurur. O qeyd edib ki, əsas narahatçılıq Rusiyanın Qarabağda PUA-lara qarşı hava hücumundan müdafiəsinin olmamasıdır.

Onun sözlərinə görə, texniki cəhətdən PUA-dan qorunmaq mümkün deyil, siyasi baxımdan bu, cəsarət məsələsidir.

“Mən həmişə demişəm, indi də deyirəm, əgər kimsə kütləvi şəkildə hava hücumu vasitələrindən istifadə edirsə, heç bir HHM onu tamamilə zərərsizləşdirə bilməz”, - deyə Hovhannisyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Qarabağ  


Bizi "telegram"da izləyin