Erməni jurnalist: “Rus sülhməramlıları əllərində avtomat silahlarla bizi Qarabağ girməyə qoymadılar”

2022/08/Untit-1659694594.jpg
Oxunub: 974     22:35     05 Avqust 2022    
“Rus sülhməramlıları mülki geyimdə, kobud davranış və sözlərlə, üzərimizə avtomat silah tutaraq, bizi Qarabağda buraxmadılar”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Jirayr Voskanyan deyib.

O bildirib ki, ruslar onları zirehli transportyorda oturmağa məcbur ediblər.

“Bizi digər maskalı rus sülhməramlılarının yanına apardılar və təkidlə dedilər: “İstəsəniz problemləri asanlıqla yaradaq. Burada məsələləri həll edirik, biz qərar vermirik. Qarabağa getmək istəyirsinizsə, Rusiya rəhbərliyinin icazəsini gətirin”, - deyə jurnalist qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin