Ölmüş erməni hərbi qulluqçunun atası: “Uşağımı öldürdülər, mən onun intihar etdiyinə inanmıram”

2022/08/29660-1659694567.jpg
Oxunub: 683     12:22     06 Avqust 2022    
“Uşağımı öldürdülər. Uşağım öldürülməyə layiq olacaq nə etmişdi? Mən onun intihar etdiyinə inanmıram”.

Ordu.az xəbər verir ki, bunu iyulun 14-də Ermənistan ordusunun Qarakilsədə yerləşən hərbi hissəsinin döyüş mövqeyində məcburi müddətli erməni hərbi qulluqçu, sıravi, 19 yaşlı Arsen Armeni Manukyanın atası Armen Manukyan deyib.

19 yaşlı əsgərin hansı şəraitdə öldüyü məlum deyil. Manukyanlara dövlət qurumlarından hələlik heç bir izahat verilməyib. Əsgərin dəfni üçün hərbi hissədən gələn əsgərlər ailəyə heç nə deməyiblər.

“Kambat və Zampalit hərbi hissədən xəbərsiz gəldilər. Başlarını aşağı salıb dayandılar”, - deyə o bildirib.

Armen Manukyanın sözlərinə görə, oğlu alnından və başından, öndən və arxadan güllə yaraları alıb: “Silahın AKM olduğunu deyirlər”

Arsenin qardaşı Zavenin dediyinə görə, mövqelərdə mübahisə olub, sonra isə atışma olub. “Mübahisə olub, dəqiq demirlər nə olub, amma mübahisə olub, sonra atəş səsi eşidilib. Demirlər ki, kim vurub, necə vurub”, - deyə Manukyan bildirib.

Qardaşının sözlərinə görə, Arsen heç vaxt əsgər yoldaşları ilə probleminin olduğunu deməyib. Bununla belə, Arsenin ailəsindən vaxtaşırı 10 min drama qədər pul istəməsi diqqət çəkir. Hər dəfə pulu köçürən zaman ona məxsus olmayan hesab nömrəsi təqdim edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin