Keçmiş erməni döyüşçü etiraz edir: “Paşinyanın əmri ilə mənim əlilliyimi ləğv etdilər”

2022/08/manue-1659693874.jpg
Oxunub: 496     11:45     06 Avqust 2022    
“Bu gün mən əlillik kateqoriyasından məhrum olmuşam və bu, Nikol Paşinyanın əmri ilə edilib”.

Ordu.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində müharibə iştirakçısı Manuel Manukyan yazıb.

O qeyd edib ki, əlil olmasaydı daha yaxşı olardı, hökumətin verdiyi 60 min dram vecinə də deyil.

“Amma əslində əllərim qırılıb və rentgen şəkillərimi sizə təqdim edirəm, hər iki əlim qırıqdır, dəmir qoyulub və rentgendə aydın görünür. Bütün bunların bir məqsədi var, məni əzmək və susdurmaq, məni məyus etməkdir. Universitetdən xaric etdilər, cinayət işi qaldırdılar, təqib etdilər, indi də pensiyamı oğurlamaq istəyirlər.

Sərhəddə döyüş gedən zaman kabinet üzvləri bizim kimi oğlanların təqaüdlərini oğurlamaq istəyirlər, buna imkan verməməliyik, sona qədər mübarizə aparmalıyıq”, - deyə Manukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin