Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Hokixyan bildirib.
O bildirib ki, 2025-ci ilin payızında genişmiqyaslı müharibə olacaq və Azərbaycan buna hazırlaşır.
“Azərbaycanın əsas hədəfi Qarabağdakı yüksəkliklərdir. Bu günlərdə Azərbaycan mühüm zirvələri fəth etməyə çalışır. Onlardan biri də Qırxqız yüksəkliyidir. Qırxqız Qarabağın qərb-mərkəzi hissəsindədir. Azərbaycan ordusu Sarıbaba yaxınlığındakı yüksəkliyi ələ keçirib. Bu yüksəkliyin böyük əhəmiyyəti var, əgər Azərbaycan həmin yüksəkliyə sahib olsa, Şuşa rayonunun bütün hissəsi onların nəzarətinə keçəcək”, - deyə Hokixyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az