Erməni jurnalist: “2025-ci ilin payızında genişmiqyaslı müharibə olacaq”

2021/10/77488-1633428895.jpg
Oxunub: 2757     14:01     05 Avqust 2022    
“Azərbaycan Qarabağdakı ən mühüm yüksəklikləri ələ keçirməyə çalışır”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Hokixyan bildirib.

O bildirib ki, 2025-ci ilin payızında genişmiqyaslı müharibə olacaq və Azərbaycan buna hazırlaşır.

“Azərbaycanın əsas hədəfi Qarabağdakı yüksəkliklərdir. Bu günlərdə Azərbaycan mühüm zirvələri fəth etməyə çalışır. Onlardan biri də Qırxqız yüksəkliyidir. Qırxqız Qarabağın qərb-mərkəzi hissəsindədir. Azərbaycan ordusu Sarıbaba yaxınlığındakı yüksəkliyi ələ keçirib. Bu yüksəkliyin böyük əhəmiyyəti var, əgər Azərbaycan həmin yüksəkliyə sahib olsa, Şuşa rayonunun bütün hissəsi onların nəzarətinə keçəcək”, - deyə Hokixyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Şuşa  


Bizi "telegram"da izləyin