Ordu.az xəbər verir ki, tədbirdə Pakistanın ölkəmizdəki səfiri, səfirliyin digər səlahiyyətli nümayəndələri, media əməkdaşları və tələbələr iştirak edib.
Çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee 3 il əvvəl - 5 avqust 2019-cu ildə baş verənləri xatırlayıb.
“Bu, Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirin tarixində qara və acınacaqlı gün kimi qeyd olunur", - səfir qeyd edib.
Tədbir sözügedən hadisələrin sənədli film və fotosərgi formasında nümayişi ilə davam edib.
Ordu.az