Azərbaycanın Britaniyadakı səfiri: "Radikalların hücumu qəbuledilməz və barbarcasınadır"

2022/08/elin--1659682287.jpg
Oxunub: 419     10:23     05 Avqust 2022    
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır.

Ordu.az xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib.

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər”, - deyə səfir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   London  


Bizi "telegram"da izləyin