Lavrov Nikol Paşinyana cavab verib

2022/06/thumb-1654782748.jpg
Oxunub: 728     10:46     05 Avqust 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, nazir məsələ ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

“Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, - o vurğulayıb.

S.Lavrov həmçinin söyləyib ki, Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan  


Bizi "telegram"da izləyin