İlham Əliyev: Gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

2022/08/62ec9-1659676673.jpg
Oxunub: 583     08:17     05 Avqust 2022    
Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin