İran Aİ və Rusiya ilə nüvə proqramı ilə bağlı danışıqlar aparıb

2022/08/1659676339.jpg
Oxunub: 360     08:11     05 Avqust 2022    
Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqların yeni raundu başlayır.

Ordu.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora İranın nüvə danışıqlarına başçılıq edən heyətin rəhbəri Əli Baqeri Kani ilə görüşüb.

Görüşdə hər iki tərəf İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında son hadisələri müzakirə ediblər.

Əli Baqeri Kaninin Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovla da görüşü baş tutub.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. ABŞ administrasiyasının hazırkı rəhbəri Cozef Bayden isə dəfələrlə ölkəsinin BHFP-yə qayıtmağa hazır olduğuna dair mesajlar verib.

Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa və eləcə də ABŞ BHFP-ni keçən ilin aprelindəki formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran    


Bizi "telegram"da izləyin