Türkiyənin 12,7 mm çaplı PMT pulemyotlarının kütləvi istehsalı başlayır

2022/08/Is0-1659600755.jpg
Oxunub: 667     15:41     06 Avqust 2022    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində quru, hava və dəniz platformalarında istifadə edilən və xaricdən tədarük edilən 12,7x99 mm çaplı pulemyot artıq yerli və milli vasitələrlə istehsal olunur.

Ordu.az xəbər verir ki, komitənin təşəbbüsü ilə “Samsun Yurt Savunma” şirkəti tərəfindən həyata keçirilən 12,7 mm Pulemyot Layihəsi üçün kvalifikasiya prosesi başa çatıb və kütləvi istehsala başlanılıb.

Kvalifikasiya prosesi zamanı təxminən 1 milyon atış həyata keçirilib. Yüksək təzyiq, yağış, duz dumanı, aşağı və yüksək temperatur, buzlanma, kimyəvi qarşılıqlı təsir kimi bir çox sınaqlardan uğurla keçib.

“6-7 il əvvəl Türkiyənin silahı belə yox idi. Sonra müxtəlif çaplı piyada tüfənglərinin istehsalına başladıq. Əslində, onların bizə embarqo qoymağa çalışdıqları yüksək kalibrli silahları özümüz istehsal etməyə başlamışıq. 12,7 mm-lik pulemyotumuz da müxtəlif platformalarda çox sürətli atəş açmaq üçün nəzərdə tutulub. Kvalifikasiya prosesləri uğurla başa çatdırılmış 12,7 mm-lik pulemyotlarımızın kütləvi istehsalına başlamışıq”, - deyə Komitənin sədri İsmayıl Dəmir bildirib.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PMT  


Bizi "telegram"da izləyin