Çin Suriyaya rabitə avadanlığı verəcək

2022/08/8154a-1659600601.jpg
Oxunub: 459     11:30     05 Avqust 2022    
Çinin Suriyadakı səfiri Fenq Biao və Suriyanın Beynəlxalq Planlaşdırma və Əməkdaşlıq Təşkilatının sədri Fadi Salti əl-Xəlil arasında müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, müqavilənin imzalanması Dəməşq şəhərində baş tutub.

Razılaşmaya əsasən Çin Suriya ordusuna rabitə avadanlıqları tədarük edəcək. Saziş çərçivəsində avadanlıqlar iki partiyada Suriyanın Xarici İşlər Nazirliyinə çatdırılacaq.

2011-ci ildə Suriya böhranı başlayandan bəri Çin Suriyaya ərzaq və tibbi ləvazimat da daxil olmaqla humanitar yardım edir.

Qeyd edək ki, Çinin Suriyadakı fəaliyyəti Yaxın Şərqdən Çinə köçən müsəlman uyğurları izləmək məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya  


Bizi "telegram"da izləyin