ABŞ HDQ Çinlə ayaqlaşmaq üçün insansız platformaların inkişafını sürətləndirir

2022/08/1659600197.jpg
Oxunub: 553     15:20     06 Avqust 2022    
ABŞ Hərbi Dəniz Qüvvələri Çinin artan avtonom dəniz platformaları parkı ilə ayaqlaşmaq üçün ən müasir insansız dəniz sistemlərinin inkişafını sürətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin İnsansız Dəniz Platformaları Diviziyasının komandiri Ceremi Deili “Associated Press”ə bildirib

İnsansız dəniz platformalarının xüsusilə Sakit Okeanda düşmən qüvvələrinə nəzər salması və ABŞ Hərbi Dəniz Qüvvələrinin atəş gücünü artırması gözlənilir.

Robot platformalarını inkişaf etdirməklə yanaşı, xidmət daha möhkəm, şəbəkəli donanma yaratmaq üçün onun radar və sensorlarının Süni Zəka ilə necə təchiz oluna və ənənəvi döyüş gəmiləri ilə inteqrasiya oluna biləcəyini qiymətləndirəcək.

Hərbi Dəniz Qüvvələri tərəfindən yerləşdirilən ən böyük insansız dəniz platformalarının dördü bu yay Sakit Okeanda keçiriləcək çoxmillətli dəniz təlimində iştirak edəcək. Digər kiçik sistemlər artıq Yaxın Şərqdə istifadə olunur .

Hərbi uğurda insansız dəniz platformalarının kritik rolu ABŞ Hərbi Dəniz Qüvvələrinin növbəti maliyyə ili üçün təqdim etdiyi büdcə təklifində aydın görünür. HDQ ekipajsız platformaların inkişafı üçün təxminən 433 milyon dollar tələb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin