ABŞ Ordusuna təkmilləşdirilmiş ilk “Stryker” zirehli maşını təhvil verilib

2022/08/1659599973.jpg
Oxunub: 467     19:55     05 Avqust 2022    
“Oshkosh Defence” şirkəti ABŞ Ordusuna 30 mm-lik orta çaplı silah sistemi ilə təkmilləşdirilmiş ilk “Stryker” zirehli maşınını təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Zirehli maşın 2021-ci ildə imzalanan müqavilə çərçivəsində təkmilləşdirilir. Müqaviləyə əsasən şirkət 2022-ci ilin sentyabr ayına kimi 7 maşın təhvil verməlidir.

Müqavilənin dəyəri 356 milyon dollardır və 269 “Stryker” maşınının təkmilləşdirilməsi nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stryker   ABŞ  


Bizi "telegram"da izləyin