ABŞ BƏƏ-yə THAAD raketləri satılmasına razılıq verib

2022/01/JIK5E-1643009222.jpg
Oxunub: 427     14:38     05 Avqust 2022    
ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə THAAD Raket Əleyhinə Müdafiə (RƏM) sistemi üçün raketlərin satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əmkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilənin dəyəri 2.2 milyard dollardır. Razılaşma çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə 96 ədəd “Lockheed Martin” istehsal RƏM raketi veriləcək.

“Təklif olunan satış BƏƏ-nin regionda mövcud və gələcək ballistik raket təhdidlərinə cavab vermək qabiliyyətini yaxşılaşdıracaq və ABŞ qüvvələrindən asılılığını azaldacaq”, - deyə Agentlik bildirib.

THAAD sistemi 150-200 km məsafədəki hava hədəflərini məhv edə bilir. Digər hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq, THAAD atmosfer daxilində (daxili atmosfer) və kənarda (ekzoatmosfer) hədəfləri vura bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BƏƏ   THAAD  


Bizi "telegram"da izləyin