2045-ci ilə qədər ABŞ donanmasının gəmilərinin üçdə biri insansız ola bilər

2022/01/navce-1643366055.jpg
Oxunub: 358     17:33     05 Avqust 2022    
Yaxın 23 ildə ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərin sayını 523-ə çatdırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Task and Purpose” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, bu konsepsiya ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz əməliyyatları komandiri, admiral Mayk Gildeyin hazırladığı donanmanın inkişafı planında yer alıb.

Planda gəmilərin üçdə birinin insansız olması nəzərdə tutulub.

“Süni Zəka, hər yerdə mövcud olan sensorlar, insansız sistemlər və uzaqmənzilli dəqiq silahlar bütün dünyada yayılır, mübahisəli məkanları daha şəffaf və ölümcül edir və donanmaların gələcəkdə necə mübarizə aparacağını dəyişir”, - deyə admiral hesabatda bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin