Çexiyanın L-39NG hərbi təlim təyyarələri ilk uçuşuna hazırlaşır

2022/08/L-39N-1659598927.jpg
Oxunub: 467     10:14     05 Avqust 2022    
Çexiyanın “Aero Vodochody” şirkəti tərəfindən hazırlanmış L-39NG hərbi təlim təyyarələrinə müvafiq sertifikat verilib. Bu sertifikat sayəsində şirkət təyyarələrini beynəlxalq bazara çıxara biləcək.

Ordu.az xəbər verir ki, kütləvi istehsal prosesindən çıxan ilk təyyarə 2022-ci ilin sonuna qədər ilk uçuşunu həyata keçirəcək.

“Aero” şirkəti bu yaxınlarda Britaniyada keçirilən “Farnborough Airshow” sərgisində potensial müştərilərlə müzakirələrə başlayıb.

L-39NG-nin müasir hava qüvvələri pilotlarının tammiqyaslı təlimi üçün müasir, səmərəli və effektiv reaktiv təlim təyyarəsi olması planlaşdırılır. Təyyarə dünyada minlərlə peşəkar pilotun hazırlanması üçün istifadə edilən L-39C-nin varisi kimi tanınır.

L-39NG ən son istehsal texnologiyalarından və müasir avadanlıqlardan istifadə edir. Təyyarənin avionikası dördüncü və beşinci nəsil reaktiv təyyarələrin pilotlarının hazırlanması üçün uyğun seçilib.

İtaliya, Cənubi Koreya və ya ABŞ-dakı rəqibləri ilə müqayisədə L-39NG çox münasib qiymətədir və hər şeydən əvvəl müasir hava qüvvələri üçün etibarlı uzunmüddətli universal həlldir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: L-39NG   Çexiya  


Bizi "telegram"da izləyin