Blinkendən sonra və Putin-Ərdoğandan əvvəl Qarabağda erməni təxribatı – BAXIŞ BUCAĞI

2022/08/1659539739.jpg
Oxunub: 1821     23:07     03 Avqust 2022    
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb. Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.

Laçın istiqamətində ermənilərin təxtibatı Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı xəbərlərin yayılması fonuda baş verir. Ermənistan tərəfi yolun gələn il çəkilməyə başayacağını bildirir. Son aylarda Azərbaycanda Laçın şəhərindən yan keçən yolun tikintisi intensiv şəkildə aparılır. Bununla da Bakı şəhərin öz nəzarətinə qaytarılmasını gözləyir.

Bundan əvvəl Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Telefon zəngi Ermənistanın törətdiyi təxribatlardan və yaydığı dezinformasiyalardan sonra, Laçında hərbçimizin şəhid olması ilə nəticələnən təxribatdan əvvəl baş tutub.

Nə baş verir və diplomatik proseslərin intensivləşməsi fonunda baş verən gərginliyin artmasının səbəbi nədir?

ABŞ-dan dövlət katibi səviyyəsində telefon zəngləri və onun köməkçisi və ondan əvvəl MKİ direktorunun regional səfərini xatırlamaq yerinə düşər. Hansı gündəmlər və məsələlər müzakirə olunur? Eyni zamanda qeyd edək ki, hadisələr avqustun 5-də Soçidə elan edilən Putin-Ərdoğan görüşündən əvvəl baş verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Putin  


Bizi "telegram"da izləyin