Russia Ukraynada İran PUA-larını Azərbaycan modelində tətbiq edə bilər?

2022/08/1659539989.jpg
Oxunub: 1388     15:05     04 Avqust 2022    
Rusiyanın tezliklə İrandan “yüzlərlə” PUA alacağı bildirilir. Məlumatı ABŞ kəşfiyyatı yayıb. Fərziyyələrin doğru olmasından asılı olmayaraq Moskvanın Ukraynadakı şiddətli müharibəsində onlardan necə istifadə etməyi planlaşdırdığı ilə bağlı sual yaranır.

Güman edilir ki, İran Rusiyaya kamikadze PUA-ları və bəzi kəşfiyyyat plarformaları göndərə bilər. Rusların 2020-ci il Qarabağ müharibəsindən götürdüyü ən böyük dərslərdən biri “gəzən sursat”dan kütləvi istifadənin hərbi uğurun açarı olduğudur.

Həmin 2020-ci ilin payız müharibəsində Azərbaycan Ermənistanın S-300 hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün İsrail istehsalı “Harop” PUA-larından istifadə edib. Eyni növ mobil HHM sistemləri Ukrayna tərəfindən Rusiya təyyarələrinə qarşı effektiv şəkildə istifadə edir.

Rusiya İran istehsalı olan PUA-lardan istifadə etməklə Azərbaycanın uğurunu təkrarlamağa ümid edir? Tehranın Moskvaya təklif etmək üçün “Harop” kimi mükəmməl PUA-ları varmı?

İran son 20 ildə PUA texnologiyasında ciddi irəliləyiş əldə edib. Əks-mühəndisliklə ABŞ və İsrail texnologiyasını inkişaf etdirib. İranın “Raad 85” platformaları kimi “gəzən sursatları” Azərbaycanın istifadə etdiyi “Harop”larla müqayisədə daha az uçuş müddəyinə və məsafəyə malikdir. Ancaq onlar müxtəlif mühitlərdə hədəflərini məhv etmək qabiliyyinə malikdirlər.

Rusiya üçün Azərbaycan “Harop”larının Ermənistanın S-300-lərinə qarşı İran PUA-ları ilə “texniki uğurunu təqlid etmək” çətin olacaq.

“Harop”lar “Raad 85” və “Əbabil III” kimi İran sistemlərindən iki dəfə çox olan geniş rabitə diapazonuna malikdir və daha etibarlı hesab olunurlar. Bununla belə, İran tərəfindən hazırlanmış “gəzən sursatlar” tətbiq edilərsə, onlar rəqib müdafiəsini alt-üst edən ibtidai sürü halında istifadə edilə bilər.

Ruslar təkcə Ukraynanın S-300-ləri deyil, həm də ABŞ-ın göndərdiyi HIMARS raketlərindən narahatdırlar. Ola bilsin, ruslar “gəzən sursat”larla bu sistemləri də hədəfləyir.

Yəməndəki qarşıdurma zamanı husilər Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinə qarşı İranın “Əbabil-2” PUA-larının klonu olan “Qasef-1/2K” sursatlarından istifadə ediblər. Səudiyyənin MIM-104 “Patriot” batareyaları belə hücumun qarşısını ala bilməyib.

Husilər “Qasef” ilə stasionar hədəfləri vurdular, ona görə də hava hücumundan müdafiə batareyası və ya anbar kimi Ukraynanın hər hansı stasionar hərbi obyekti hədəf olacaq.

Rusiya İran PUA-larından Yaxın Şərqdə qeyri-dövlət aktorları tərəfindən istifadə edildiyi kimi istifadə edə bilər. Bu taktika düşmənin HHM sistemlərini aldatmaq üçün bir neçə PUA-nın eyni vaxta göndərilməsinə əsaslanır.

Moskva Ukraynanın stasionar və mobil hədəflərini, əsgərlərdən, silahlardan, texnikadan və artilleriyadan tutmuş liman obyektlərinə, anbarlara və komanda və idarəetmə mərkəzlərinə qədər hər şeyi məhv etmək üçün İran silahlarından istifadə edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin