Cənubi Koreya Avstraliyaya müvəqqəti sualtı qayıqlar təklif edib

2022/08/1659358375.jpg
Oxunub: 446     15:48     05 Avqust 2022    
Cənubi Koreya Avstraliya Hərbi Dəniz Qüvvələri üçün müvəqqəti sualtı qayıqlar təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri məlumat yayıb.

Rəsmi Seul Avstraliya donanmasının köhnəlməkdə olan “Collins” sualtı qayıqlarını yeni sinif nüvə enerjisi ilə işləyən sualtı hücum qayıqları ilə əvəz etməyi təklif edib.

Cənubi Koreya Avstraliya Ordusuna ballistik raketlər daşıyan KSS-III sualtı qayıqlarını nümayiş etdirib.

“Daewoo Shipbuilding” və “Hyundai Heavy Industries” şirkətləri tərəfindən inşa edilən gəmi 3600 ton subasımına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Koreya  


Bizi "telegram"da izləyin