Ordu.az xəbər verir ki, bu barədə “Israel Defense” nəşri məlumat yayıb.
Şirkətlər İsrail ordusu üçün “Spike” raketinin operativ buraxılış sisteminin təlimi üçün nəzərdə tutulan məkanın hazırlanmasında əməkdaşlıq edir.
Təlimçi əsgərlərə İsrail ordusunun əsas maraq dairələrinin təfərrüatlı virtual nüsxəsini təqdim edəcək.
Şirkət bildirir ki, təlimçi “Bagira”nın simulyasiya mühərrikini “Spike” buraxılış sistemi ilə birləşdirəcək və manevr, birgə atəş dəstəyi, habelə “Spike” raketinin buraxılışını özündə birləşdirən təlimlərə imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az