“Spike” raketlərində təlim keçmək üçün simulyasiya sistemi hazırlanacaq

2022/08/1659358319.jpg
Oxunub: 454     20:59     05 Avqust 2022    
İsrailin “Bagira Systems” adlı təlim və simulyasiya şirkəti “Rafael Advanced Defense System” şirkəti ilə birlikdə “Spike” tank əleyhinə raketlərində təlim keçmək üçün simulyasiya sistemi hazırlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Israel Defense” nəşri məlumat yayıb.

Şirkətlər İsrail ordusu üçün “Spike” raketinin operativ buraxılış sisteminin təlimi üçün nəzərdə tutulan məkanın hazırlanmasında əməkdaşlıq edir.

Təlimçi əsgərlərə İsrail ordusunun əsas maraq dairələrinin təfərrüatlı virtual nüsxəsini təqdim edəcək.

Şirkət bildirir ki, təlimçi “Bagira”nın simulyasiya mühərrikini “Spike” buraxılış sistemi ilə birləşdirəcək və manevr, birgə atəş dəstəyi, habelə “Spike” raketinin buraxılışını özündə birləşdirən təlimlərə imkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Spike  


Bizi "telegram"da izləyin