Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri yazıb.
Şirkətlər arasında 88 ədəd TPE331-12B mühərrikinin tədarükü və istehsalı üçün müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 100 milyon dollardır.
HAL Hindistan Hərbi Hava Qüvvələrinə və digər xarici müştərilərə vahid başına təxminən 7 milyon dollar dəyərində gələn HTT-40 təyyarələrini təklif etməyi planlaşdırır.
Şirkət oktyabr ayında Hindistan Hərbi Hava Qüvvələri ilə 70 təlim təyyarəsi üçün 490 milyon dollarlıq müqavilə bağlamağa ümid edir.
HTT-40 təyyarəsi Hindistan Hərbi Hava Qüvvələrinin əsas uçuş tələblərinə cavab versə də, o, hazırda xidmətdə olan İsveçrə istehsalı PC-12 MKII təyyarələrindən daha bahadır.
Sevinc Əliyeva
Ordu.az