Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Təyyarələr Dakardakı aviabazada keçirilən mərasimlə ordunun silahlanmasına əlavə edilib.
Ən son nəsil texnologiyalarla təchiz edilmiş çoxməqsədli taktiki nəqliyyat təyyarəsi olan C 295 böyük personal daşıma qabiliyyətinə malikdir. Qısa uçuş-enmə zolaqlarında uçuş və eniş edə bilir.
Seneqal bu təyyarədən iki ədəd sifariş verib. İkinci C295 2023-cü ilin sonuna qədər təhvil veriləcək.
Sevinc Əliyeva
Ordu.az