Seneqal ordusuna C295 hərbi nəqliyyat təyyarəsi təhvil verilib

2022/08/1-New-1659355606.jpg
Oxunub: 385     14:59     05 Avqust 2022    
Seneqal Hərbi Hava Qüvvələrinə “Airbus” istehsalı C295 hərbi nəqliyyat təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarələr Dakardakı aviabazada keçirilən mərasimlə ordunun silahlanmasına əlavə edilib.

Ən son nəsil texnologiyalarla təchiz edilmiş çoxməqsədli taktiki nəqliyyat təyyarəsi olan C 295 böyük personal daşıma qabiliyyətinə malikdir. Qısa uçuş-enmə zolaqlarında uçuş və eniş edə bilir.

Seneqal bu təyyarədən iki ədəd sifariş verib. İkinci C295 2023-cü ilin sonuna qədər təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: C295   Seneqal  


Bizi "telegram"da izləyin