Ordu.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri yazıb.
Hazırda ölkədə 57 “Atak” helikopteri fəaliyyət göstərir, daha 5-nin bu ilin sonuna qədər çatdırılması planlaşdırılır.
Taktiki kəşfiyyat və hücum təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin sərhəd əməliyyatlarına dəstək verir.
Yüksək manevr qabiliyyəti və performansı onu gecə və gündüz missiyaları üçün ideal helikopter edir.
Ağır silah yükü və ən müasir sistemləri ilə helikopter çətin hava şəraitində və yüksək hündürlükdə istifadə oluna bilir.
“AgustaWestland” və TUSAŞ tərəfindən birgə hazırlanmış T129 helikopteri AW129 çoxməqsədli döyüş helikopteri əsasında hazırlanıb. O, mürəkkəb döyüş meydanında və məhdud ərazilərdə əməliyyatlar aparmağa imkan verən qabaqcıl gizli xüsusiyyətlərə və silah sistemlərinə malikdir.
Sevinc Əliyeva
Ordu.az