Ordu.az xəbər verir ki, bu barədə “Yonhap News” nəşri yazlb.
Coseon sülaləsinin kralının şərəfinə adlandırılan “Jeongjo” esminesi “Hyundai Heavy Industries” gəmiqayırma zavodu tərəfindən inşa edilib.
Tədbirdə hərbçilər və yüksək rütbəli dövlət rəsmiləri də daxil olmaqla 150-yə yaxın adam iştirak edib.
Bildirilir ki, esmines ölkənin “Gwanggaeto-III Batch-II” proqramı çərçivəsində üç qabaqcıl esmines almaq və yerləşdirmək üçün inşa edilən ilk döyüş gəmisidir.
“Jeongjo” esminesi raketlərin qarşısının alınması platforması və təkmilləşdirilmiş sualtı qayıqlara qarşı döyüş imkanları ilə təchiz edilib.
Uzunluğu 170 metr və eni 21 metr olan esmines MH-60R “Sea Hawk” helikopterlərini və digər növ hərbi təyyarələri daşıya bilər.
Sevinc Əliyeva
Ordu.az