Britaniya bombalara qarşı rəqəmsal mühafizə vasitələri hazırlayacaq

2022/08/1659354542.jpg
Oxunub: 606     12:35     09 Avqust 2022    
Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) ordunu uzaqdan işə salınan bombalardan rəqəmsal müdafiə ilə təchiz etməsi üçün “Leonardo” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Müqavilənin dəyəri 48,5 milyon dollardır. Avtomobilə quraşdırılmış və portativ versiyalarda mövcud olan avadanlıq, uzaqdan idarəetmə siqnalları üçün hava dalğalarını skan edir və “qabaqcıl yeni rəqəmsal texnikalar” vasitəsilə partlayıcı qurğunun işə salınmasının qarşısını alır.

Avadanlığın çatdırılmasına 2024-cü ilin payızında başlanacaq və 2025-ci ildə istifadə olunacaq.

Avadanlıq “Leonardo”nun rəhbərlik etdiyi Böyük Britaniyada yerləşən kiçik və orta şirkətlərdən ibarət konsorsium tərəfindən istehsal olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Leonardo  


Bizi "telegram"da izləyin