Ukrayna XİN başçısı həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

2022/03/1fbeb-1646909489.jpg
Oxunub: 777     16:02     29 İyul 2022    
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Donetsk vilayətinin Olenivka qəsəbəsində yerləşən həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Ordu.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib.

“Rusiya işğal altındakı Olenivkada ukraynalı əsirlərin saxlandığı islah müəssisəsini atəşə tutmaqla daha bir dəhşətli müharibə cinayəti törədib. Mən bütün tərəfdaşları beynəlxalq humanitar hüququn növbəti dəfə vəhşicəsinə pozulmasını qətiyyətlə pisləməyə və Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırıram”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin