Pakistan müasir PUA-lar üçün Çin və Türkiyəyə müraciət edir - ARAŞDIRMA

2023/01/1674546739.jpg
Oxunub: 550     14:11     24 Yanvar 2023    
Pakistan hökuməti dünyada baş verən dəyişikliklər fonunda hərbi qüvvələrini gücləndirmək üçün qabaqcıl silahlar almaqla məşğuldur. Pakistan dostları Çin və Türkiyə ilə PUA almaq üçün danışıqlar aparır.

“Wing Loong-II”

Kəşfiyyat mənbələrinə görə, Pakistan Hərbi Hava Qüvvələri 44,4 milyon dollar dəyərində əlavə iki “Wing Loong-II”, bir yerüstü idarəetmə stansiyası və digər əlaqəli avadanlıqlar alır.

Çinin Çenqdu Təyyarə Sənaye Qrupu (CATIC) tərəfindən hazırlanmış “Wing Loong-II” müşahidə, hava kəşfiyyatı və dəqiq zərbələr üçün nəzərdə tutulub. Peyk bağlantısı ilə uzun mənzilli zərbə qabiliyyətinə malikdir.


Müdafiə ekspertlərinin fikrincə, Hindistanın bu ilin sonunda xidmətə qoşulacağı gözlənilən Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini alması fonunda PUA-lar Pakistanın imkanlarını artıracaq.

Pakistan Hərbi Hava Qüvvələri bu platformalar üçün Çin Milli Aero-Texnologiya İdxal və İxrac Korporasiyasından kommersiya təklifi alıb. Qlobal bazarda aviasiya sənayesinin Çin təmsilçisi olan CATIC 2022-ci ilin iyul ayına qədər avadanlığın tədarükü ilə bağlı razılığa gəlib.

Hazırda Pakistan ordusunun inventarında AG-300 raket sistemi ilə 2020-21-ci illərdə alınmış və birini Əfqanıstanla qərb sərhədində yerləşdirən 3 “Wing Loong-II” PUA-sı var.

Mənbələrə görə, digər ikisi Çin-Pakistan İqtisadi Dəhlizinin və Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin Qvadar limanındakı yeni bazasını qorumaq üçün yerləşdirilib.

Hindistan ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün ABŞ istehsalı olan 10 ədəd MQ-9 “Reaper” və ya “Predator B” PUA-ları alacaq.

“Kargu”: Türkiyənin kamikadze PUA-sı

Türkiyə silahlı, aşağı qiymətli PUA bazarında ön sıradadır. PUA-lar öz bacarıqlarını meydanda sübut edib və döyüş meydanlarını və geosiyasəti yenidən formalaşdırır.


Platformalar bir neçə son regional münaqişələrdə zirehli texnikaları və hava hücumundan müdafiə sistemlərini dəqiqliklə məhv edib. PUA-lar Suriyada, Liviyada və Ermənistanla Azərbaycan arasında gedən müharibədə istifadə edib.

Mənbələrin bildirdiyinə görə, Pakistan Türkiyənin “Kargu” PUA-larına maraq göstərib. Platform 10 km uçuş məsafəsinə malikdir. Bir stansiya eyni anda on PUA üçün istifadə edilə bilər.

Bu yaxınlarda Türkiyə “Kargu” PUA-larının ixracına dair müqavilə imzalayıb. Ölkənin adı açıqlanmır. Kargu həm tək platforma, həm də 20-yə qədər platformadan ibarət bir dəstənin tərkib hissə kimi fəaliyyət göstərə bilər.

Kamikadze PUA-lar düşməni özünü məhv etməklə məhv edir. Bu PUA-lar raketlərə bənzəyir və partlayıcı maddələr daşıyır.

“Matrice 300 RTK” pilotsuz uçuş aparatı


Pakistan Ordusu, həmçinin DJI-nin “Zenmuse H20T” seriyalı dördlü sensoru, faydalı yükü və korporativ inkişaf etmiş PUA-sı olan “Matrice 300 RTK” platformalarının alınması üçün təklif alıb. Təklif Karaçidə yerləşən “ABM Satuma” texnoloji firması tərəfindən irəli sürülüb.

“Matrice 300 RTK” 55 dəqiqəyə qədər uçuş müddəti, üç faydalı yük üçün dəstək və eyni vaxtda altı istiqaməti təyinetmə və yerləşdirmə sisteminə malikdir.

S-250 BUY

Pakistan Ordusu hibrid spesifikasiyalı PUA-ların alınmasında da maraqlıdır. “ABM Satuma” komandası Pakistan Ordusunun 13 zabitinə təlim keçib.


Kəşfiyyat orqanları bildiriblər ki, Pakistan ordusu iyulun 7-dən 17-dək Müzəffərabad aerodromunda mini “Supercam S-250” PUA-ları ilə əməliyyat həyata keçirib. O, taktiki və texniki xüsusiyyətlərinə görə ən yaxşı PUA-lardan sayılır və sərhəd bölgələri üçün uyğundur.

“Supercam S-250” mini PUA-lar kəşfiyyat, müşahidə və nəzarət təlimləri üçün istifadə olunur. Bu mini PUA-lar təxminən üç saat havada qala bilir və 150 km məsafə qət edə bilir. Hazırda Pakistan Ordusunda beş S-250 mini PUA sistemi var (1 sistem iki PUA deməkdir).

Çinin dövlət “Aerospace Long-March “Beynəlxalq Ticarət Şirkəti və Pakistan Ordusu WS-43, CH-901 və ZT-39V daxil olmaqla, “gəzən sursatların” tətbiqi üçün Araşdırma və İnkişaf sahəsində əməkdaşlıq və birgə müəssisə yaratmaq üçün danışıqlar aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Türkiyə   Çin  


Bizi "telegram"da izləyin