Ordu.az xəbər verir ki, məlumatı Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.
Müqavilənin dəyəri 60 milyon funt sterlinqdir.
Pilotsuz helikopterlərə keçid yanacaq xərclərini azaltmaq və ekipajlı təyyarələrdən digər kritik missiyalar üçün istifadə etmək deməkdir. Sərt ekoloji şəraitdə işləmək qabiliyyəti ilə yanaşı böyük yükgötürmə qabiliyyətinə malik olan platformalar bir sıra tələblər qarşısında da faydalılığını sübut edə bilir.
Layihə sualtı qayıqlara qarşı müharibədən başqa, gəmidən gəmiyə tədarük və itkilərin təxliyyəsi də daxil olmaqla digər potensial istifadələrə yol açacaq. Bu çərçivədə tədarük edilməsi planlaşdırılan pilotsuz helikopterlərin ilk uçuşunu 2025-ci ildə etməsi planlaşdırılır.
“Leonardo” şirkəti AWHERO adlı həm hərbi, həm də mülki tətbiqlər üçün nəzərdə tutulan yeni nəsil, qısa mənzilli pilotsuz helikopterlər istehsal edir.
Sevinc Əliyeva
Ordu.az