“Rus sülhməramlı qüvvələri əslində atəşkəs rejiminin mövcudluğunu təmin edə bilmirlər” - Sakunts

2022/07/1658744304.jpg
Oxunub: 2325     09:18     26 İyul 2022    
“Hələ müharibədən əvvəl Silahlı Qüvvələrdə ölüm halları müzakirə olunurdu, atəşkəs rejimi dövründə belə halların olması xüsusilə narahatlıq doğururdu”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsinin 2-ci mərhələsindən sonra hərbi əməliyyatları dayandıran üçtərəfli atəşkəs sazişi imzalanıb, lakin atəşkəs rejiminə əməl olunmur, hərbi qulluqçuların ölümünə səbəb olan çoxlu və davamlı pozuntular var.

“Əgər əvvəllər sülhməramlı qüvvələr timsalında beynəlxalq mövcudluq yox idisə, 44 günlük müharibədən sonra rus sülhməramlı qüvvələri meydana çıxırlar. Bu qüvvələr əslində atəşkəs rejiminin mövcudluğunu təmin edə bilmirlər”, - deyə Sakunts qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sakunts  


Bizi "telegram"da izləyin