Türkiyə ordusuna “Faza-2” konfiqurasiyasına malik “Atak” təhvil verilib

2021/02/ATAK--1613628525.jpg
Oxunub: 5260     15:22     23 İyul 2022    
Türkiyənin TUSAŞ şirkəti ölkənin silahlı qüvvələrinə “Faza-2” konfiqurasiyasına malik “Atak” helikopteri təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Quru Qoşunlarına verilən helikopter Türkiyə Silahlı Qüvvələrinin invenatına daxil olan 57-ci “Atak” helikopteridir.

Təhvil verilən helikopterin yerli “İFF Mode-5” dost/düşmən tanıma/identifikasiya sistemi və 6 sensorlu raketdən xəbərdarlıq sistemi ilə təchiz edildiyi bildirilir.

Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən həyata keçirilən T129 “Atak” layihəsi çərçivəsində bu günə qədər TUSAŞ tərəfindən istehsal edilən 73 “Atak” helikopteri təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Atak  


Bizi "telegram"da izləyin