“Farnborough 2022”: “Sikorsky” Avropa üçün yeni X2 helikopteri hazırlamağı planlaşdırır

2022/07/3a873-1658492964.jpg
Oxunub: 768     15:34     25 İyul 2022    
ABŞ-ın “Sikorsky” şirkəti Avropada yerləşən müştərilər üçün ölçüsünə görə “Raider X” yüngül kəşfiyyat və “Defiant X” ümumi təyinatlı helikopterləri arasında yerləşən X2 helikopterləri hazırlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə şirkət nümayəndələri Britaniyadan keçirilən “Farnborough 2022” Beynəlxalq Aviasiya Şousunda məlumat verib.

Şirkətin sözçüsü jurnalistlərlə söhbət zamanı bildirib ki, “Raider X” və “Defiant X” modelləri arasında yerləşən helikopterə böyük maraq var və buna görə də hazırda bazar araşdırılır.

O, həmçinin qeyd edib ki, yeni helikopterin istehsalı ilə bağlı istənilən qərar ABŞ Ordusunun “Raider X” və ya “Defiant X”i əldə edib-etməməsindən asılı olmayacaq və gələcək müqavilələr Birbaşa Kommersiya Satışı (DCS) vasitəsilə təsdiqlənəcək.

İstehsalçı, həmçinin NATO-nun Yeni Nəsil Rotorkraft layihəsinə töhfə verməkdə maraqlıdır və proqram üçün X2 dizaynını təklif edəcəyi gözlənilir. Layihə çərçivəsində 1000-ə qədər helikopter hazırlanacaq və platformalar NATO üzvləri arasında bölüşdürüləcək. Çatdırılma 2035-ci ildən etibarən başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Farnborough  


Bizi "telegram"da izləyin