Ordu.az xəbər verir ki, bu barədə layihədə iştirak edən MBDA şirkəti məlumat yayıb.
Silah “ultra dəqiq” işarələmə və izləmə imkanlarını nümayiş etdirmək üçün aşağı gücə malik “QinetiQ” şirkətinin lazerindən, “Leonardo”nun şüa istiqamətləndirməsindən və MBDA-nın təsvirin işlənməsi və idarə edilməsi texnologiyasından istifadə edir.
Sistem, həmçinin komanda və idarəetmə, effektor idarəetmə sistemi və lazeri hədəfə doğru çevirmək kimi mühüm alt sistemlərə malikdir.
“Dragonfire” proqramının növbəti mərhələsi hədəflərin operativ şəkildə cəlb edilməsini əhatə edəcək.
Sevinc Əliyeva
Ordu.az