“Farnborough”: ABŞ şirkətləri səsdən sürətli hərbi təyyarələr istehsal edəcək

2022/07/1658397608.jpg
Oxunub: 713     15:36     25 İyul 2022    
ABŞ-ın “Northrop Grumman” və “Boom Supersonic” aerokosmik şirkəti yerli və beynəlxalq müttəfiqləri üçün səsdən sürətli hərbi təyyarə hazırlayacaq.

Ordu.az xəbər verir ki, müvafiq saziş Britaniyada keçirilən “Farnborough” Beynəlxalq Aviasiya Sərgisində imzalanıb.

İki Amerika şirkəti orduya sürətli reaksiya imkanlarını təmin etmək üçün səsdən sürətli “Overture” təyyarəsinin variantını istehsal edəcək

Təyyarə 80-ə qədər sərnişin daşıyacaq və sürəti adi təyyarələrdən iki dəfə yüksəkdir.

Bildirilir ki, platforma avadanlıqların çatdırılması, tibbi evakuasiya və müşahidə missiyaları da daxil olmaqla, sürətli reaksiya tələb edən hərbi missiyaları dəstəkləmək üçün nəzərdə tutulacaq.

“Overture” müxtəlif əməliyyat ssenarilərində digər təyyarələr və yerüstü aktivlərlə əlaqələndirməyə imkan verən qabaqcıl texnologiyalarla təchiz ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop   Britaniya  


Bizi "telegram"da izləyin