Britaniya 2027-ci ilə qədər səsdən sürətli döyüş təyyarəsinin prototipini sınaqdan keçirməyi planlaşdırır

2022/07/ALFCM-1658302406.jpg
Oxunub: 429     15:59     21 İyul 2022    
Britaniyanın Müdafiə Nazirliyi yeni nəsil döyüş təyyarələrinin dizaynını və imkanlarını sübut etmək üçün beş il ərzində səsdən sürətli qırıcının hava nümayişini aparmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles iyulun 18-də İngiltərədə keçirilən “Farnborough Airshow” sərgisində məlumat verib.

Təyyarə Britaniyanın Gələcək Döyüş Hava Sistemi proqramının bir hissəsidir və “Tempest” adlı layihədə dörd şirkət – “BAE Systems”, “Leonardo UK”, “Rolls-Royce” və “MBDA UK” şirkətləri iştirak edir.

Nazirlik BAE-nin İngiltərənin Preston şəhərindəki müəssisəsində “Tempest” ilə ortaq şəkildə nümayiş təyyarəsinin hazırlanmasına başladığını bildirib. Pilotlu, səsdən sürətli təyyarə gizli xüsusiyyətləri və digər yeni texnologiyaları sınaqdan keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya  


Bizi "telegram"da izləyin