Ordu.az xəbər verir ki, razılaşma Britaniyada keçirilən “Farnborough Airshow” sərgisində əldə olunub.
Britaniya və Yaponiya son illərdə hava döyüş texnologiyası üzrə tərəfdaşlıqlarını dərinləşdiriblər. Dekabr ayında iki dövlət döyüş təyyarələri sahəsində əməkdaşlıq etmək niyyətlərini ifadə edən Əməkdaşlıq Memorandumu imzalayıb.
“Leonardo UK” radar və elektronika şirkətidir, İngiltərənin qabaqcıl qırıcı imkanlarını inkişaf etdirməyə hədəfləyən “Tempest” sənaye qrupunun bir hissəsidir. Açıqlamada şirkət “Jaguar” adlı radar proqramının ölkələr arasında daha çox döyüş təyyarəsi əməkdaşlığının başlanğıcı ola biləcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az