Şri-Lankada yeni prezident seçilib

2022/07/843bf-1658301820.jpg
Oxunub: 363     11:23     20 İyul 2022    
Bu gün Şri-Lanka parlamentində prezident seçkiləri keçirilib.

Ordu.az xəbər verir ki, parlamentin deputatları Ranil Vikramasinqxeni prezident seçiblər.

Qeyd edək ki, Nümayəndələr Palatasında bu gün səhər saatlarında başlayan gizli səsvermədə parlament üzvləri keçən həftə Qotabay Racapaksanın istefası nəticəsində boş qalan vəzifəni doldurmaq üçün növbəti prezidentin seçilməsi üçün səs veriblər.

73 yaşlı siyasətçi seçkidə Şri-Lankalı dissident Poducana Peramuna, keçmiş nazir Dullas Alahapperuma və deputat Anura Kumara Dissanayake ilə mübarizə aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şri-Lanka  


Bizi "telegram"da izləyin