KİV: Rusiya düşmən peyklərini sıradan çıxarmaq üçün lazer sistemi hazırlayır

2022/07/1658120059.jpg
Oxunub: 594     11:35     18 İyul 2022    
Rusiya ölkənin cənub-qərbində yerləşən Zelençukskaya yaxınlığındakı kosmik obyektdə peyk əleyhinə lazer sistemi hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə “The Space Review” nəşri “Google Earth” görüntülərinə istinadən məlumat yayıb.

“Kalina” adlı sistem Rusiya ərazisi üzərindəki düşmən peyklərinin optik sensorlarını lazer impulsları ilə zədələmək üçün nəzərdə tutulub.

Sistem Rusiya Müdafiə Nazirliyinin radar və lidar sistemindən ibarət “Krona” kosmik müşahidə kompleksinin bir hissəsidir.

Ən son görüntülərə əsasən, “Krona” kosmik kompleksində yeni teleskop günbəzinin inşa edildiyi görünür.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Krona  


Bizi "telegram"da izləyin