Ordu.az xəbər verir ki, sərgi Almaniyanın Berlin şəhərindən 18 km cənub-şərqdə yerləşən “Berlin Brandenburq” hava limanının yanındakı “Berlin ExpoCenter” Hava Limanında keçirilib.
Bundan əvvəki aviaşou 2018-ci ilin aprelində keçirilib. 1909-cu ildə qurulan aviasiya sərgisinin dünyanın ən qədim aviaşousu olduğunu iddia edilir və o, bu gün ən böyük və ən mühüm aerokosmik ticarət yarmarkalarından biridir.

Təşkilatçıların məlumatına görə, 2012-ci ildə “Berlin Airshow”da 65 ölkədən 3600 jurnalist, 125.000 peşəkar ziyarətçi və 105.000 ictimaiyyət nümayəndəsi iştirak edib.
Bu format Fransadakı “Paris Airshow” və Britaniyadakı “Farnboro” Beynəlxalq Aviasiya Şousuna bənzəyir.
Sərgidə 29 ölkədən 550-yə yaxın sərgi iştirakçısı yüksək texnologiyalı məhsullar, tədqiqat və inkişaf layihələrinin geniş çeşidini təqdim edib.

“Boeing” şirkəti kommersiya, müdafiə və dəstək xidmətləri üzrə sənayenin aparıcı portfelini nümayiş etdirib və dayanıqlı aerokosmik sahəyə diqqət yetirməklə qabaqcıl sistem və imkanlarını təqdin edib. Şirkət sərgidə ağır yükdaşıyan helikopter, dəniz patrul təyyarələri, müasir qırıcılar, təlim təyyarələri və avtonom sistemlər kimi qabaqcıl müdafiə imkanları ilə yanaşı kommersiya təyyarələrini də təqdim edib. Şirkət EA-18G “Growler” və T-7A təyyarələrinə əlavə olaraq 777X, 737 MAX və 777-8F təyyarələrini nümayiş etdirib.

“Leonardo” texnologiyanın milli təhlükəsizlikdə necə böyük rol oynaya biləcəyini nümayiş etdirib.
“Airbus”un statik ekranında ən müasir təyyarələr, PUA-lar və helikopterlər nümayiş etdirilib. H145M, H225, NH90 kimi ən müasir helikopterlər və son pilotlu-pilotsuz komanda nümayişlərində istifadə edilən “Luna NG” və ya DT25 kimi PUA-lar təqdim olunub. “Airbus” hərbi təyyarələri həm yerdə (“Eurofighter” və A400M), həm də havada (“Eurofighter”, A400M, A330 MRTT və “Tornado”) təqdim edib.

“Lockheed Martin” şirkəti F-35 çoxməqsədli döyüş təyyarəsini, “Boeing” CH-47 “Chinook” ağır yükdaşıyan helikopteri, o cümlədən hərbi təyyarələrini təqdim edib.

Dəyanət Ağalarlı
Ordu.az