Türkiyənin Jandarma qüvvələrinə T129 “Atak” helikopteri təhvil verilib

2022/03/T929--1646391423.jpg
Oxunub: 4572     11:45     13 İyul 2022    
Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan yeni T129 “Atak” helikopterləri Jandarma Baş Komandanlığına təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi “Twitter” hesabında Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

Bu çərçivədə 11-ci “Atak” helikopteri 2022-ci ilin mart ayında Jandarma Baş Komandanlığına təhvil verilib. Bundan əvvəl 2021-ci ilin dekabr (10), 2021-ci ilin dekabr (9), oktyabr (8) və avqust (7) aylarında Jandarma Baş Komandanlığına platformalar təhvil verilib.

Müdafiə Sənayesi Komitəsinin əmri ilə ümumilikdə 18 ədəd T129 ATAK helikopterinin Jandarma Baş Komandanlığının aviasiya bölmələrinə təhvil veriləcəyi açıqlanıb. Ancaq Jandarma Baş Komandanlığının 2021-ci ilin mart ayında paylaşdığı hesabatda bu say 24-ə yüksəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ATAK  


Bizi "telegram"da izləyin