“Boyga” sursat buraxan PUA-ları Türkiyə ordusuna təhvil verilib

2022/07/BOYGA-1657605194.jpg
Oxunub: 2277     14:52     18 İyul 2022    
Türkiyənin STM şirkəti tərəfindən hazırlanan “Boyga” sursat buraxan PUA-ları ölkənin təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

“Mehmetçiyə meydançada böyük üstünlük verəcək inventarlara daha bir qabiliyyət əlavə etdik. Milli imkanlarla inkişaf etdirdiyimiz, 81 mm-lik sursat buraxa bilən “Boyga” qəbul testlərini uğurla tamamlayaraq təhlükəsizlik qüvvələrimizə təhvil verilib”, - deyə o özünün sosial media hesabında bildirib.

STM-in taktiki mini PUA məhsul ailəsinin ən son üzvü olan “Boyga” təkmilləşdirilmiş ballistik qiymətləndirmə alqoritmi sayəsində MKE tərəfindən istehsal edilən 81 mm-lik minaatan sursatını dəqiq zərbə ilə hədəfə atır. Terrorla mübarizə və asimmetrik döyüş mühitlərində təsirli şəkildə istifadə edilə bilən PUA, minaatan sursatları ilə 30 dəqiqəlik uçuş müddətinə malikdir.

1500 metr uçuş hündürlüyünə çata bilən platforma 15 kq çəki ilə 5 kilometr məsafədə xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Boyqa  


Bizi "telegram"da izləyin