Ordu.az xəbər verir ki, Qətər Hərbi Dəniz Qüvvələrinin desant gəmilərinin inventarının gücləndirilməsi məqsədilə Anadolu Gəmiqayırma Zavoduna verdiyi sifarişlər Qətər Hərbi Dəniz Qüvvələrinə uğurla çatdırılıb.
Çatdırılma 20 nəfərlik nümayəndə heyətinin himayəsi altında mərasimlə həyata keçirilib.
22 ayda inşa edilən gəmilər 6 həftəlik kadr hazırlığından sonra Qətərə üzəcək. Qətər daha əvvəl Anadolu Gəmiqayırma Zavodundan 2 dəniz patrul gəmisi sifariş etmişdi. Sözügedən sərəncam çərçivəsində “Əl Doha” və “Əl Şamal” gəmiləri 36 ay ərzində inşa edilərək Qətər Hərbi Dəniz Qüvvələrinə uğurla təhvil verilib.
Sevinc Əliyeva
Ordu.az